“Qarabağ” UEFA reytinqində “Qalatasaray”ı geridə qoydu

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokubokların bu həftə keçirilmiş oyunlarından sonra UEFA reytinqində irəliləyib.

Arena.az xəbər verir ki, ötən gecə Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa”nı keçərək 1/8 finala yüksələn Ağdam təmsilçisi bu uğuru sayəsində UEFA reytinqindəki mövqeyini də yaxşılaşdırıb.

Belə ki, hazırda aktivində 32,000 xalı olan “Qarabağ” 60-cı yerdən 56-cı pilləyə yüksəlib. “Fənərbaxça” və “Seltik”lə ilə eyni pilləni bölüşən komandamız Avropa Liqasında mübarizəni dayandıran “Qalatasaray”ı, eləcə də “Fiorentina”nı geridə qoyub.

Avroliqanın 1/8 finalında yenidən Azərbaycan çempionuna rəqib olan Almaniya təmsilçisi “Bayer” isə 78,000 xalla 18-ci sırada qərarlaşıb.

Reytinq cədvəlinə 143,000 xala malik “Mançester Siti” başçılıq edir. “Bayern” ikinci (136,000), Madrid “Real”ı isə (125,000) üçüncüdür.

Reytinq cədvəlinin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 143,000
  2. Bayern (Almaniya) – 136,000
  3. Real (İspaniya) – 125,000
  4. PSJ (Fransa) – 110,000
  5. Liverpul (İngiltərə) – 107,000
  6. İnter (İtaliya) – 101,000
  7. Leypsiq (Almaniya) – 96,000
  8. Çelsi (İngiltərə) – 96,000
  9. Roma (İtaliya) – 92,000
  10. Mançester Yunayted (İngiltərə) – 92,000
  11. Borussiya (Dortmund, Almaniya) – 86,000
  12. Barselona (İspaniya) – 86,000
  13. Atletiko (Madrid, İspaniya) – 84,000
  14. Sevilya (İspaniya) – 84,000
  15. Napoli (İtaliya) – 80,000
  16. Vilyarreal (İspaniya) – 80,000
  17. Yuventus (İtaliya) – 80,000
  18. Bayer (Almaniya) – 78,000
  19. Portu (Portuqaliya) – 77,000
  20. Benfika (Portuqaliya) – 73,000
  21. Arsenal (İngiltərə) – 68,000
  22. Atalanta (İtaliya) – 68,000
  23. Ayaks (Niderland) – 66,000
  24. Vest Hem (İngiltərə) – 65,000
  25. Şaxtyor (Donetsk, Ukrayna) – 63,000
  26. Reyncers (Şotlandiya) – 62,000
  27. Ayntraxt (Frankfurt, Almaniya) – 60,000
  28. Feyenord (Niderland) – 57,000
  29. Brügge (Belçika) – 56,000
  30. Latsio (İtaliya) – 54,000

Azərbaycanın UEFA reytinqində yer alan digər klublarının mövqeləri isə belədir:

143. Neftçi – 10,000
275. Qəbələ – 4,500
316. Sabah – 3,975
316. Zirə – 3,975
316. Şamaxı – 3,975
316. Sumqayıt – 3,975
316. Səbail – 3,975

Sonda onu da xatırladaq ki, ölkələrin UEFA reytinqində Azərbaycan 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi 0,500 xal geri qalırıq. Bu da o deməkdir ki, “Qarabağ”ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağı üçün yetərli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: