Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununun vaxtı müəyyənləşib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma iyulun 30-da Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki ilk rəqibi hələ məlum deyil. Azərbaycan çempionu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.


