Qari Lineker Messini seçdi, DÇ-2026-nın favoritini açıqladı

İngiltərə futbolunun əfsanəsi Qari Lineker futbol üzrə 2026-cı ilin dünya çempinatının (DÇ-2026) favoriti ilə bağlı saulı cavablayıb.

Arena.az keçmiş hücumçunun müvafiq cavabını təqdim edir:

“İspaniya əsas favoritlərdən biridir. Onların fantastik komandası var. İngiltərənin yaxşı oyunçuları və fürsətləri var, amma bildiyimiz kimi, ölkəmizə, dünya çempionatını qazanmaq çox çətindir. Həmçinin düşünürəm ki, Fransa və Argentina da fürsətlrə malikdirlər. Unutmayaq ki, argentinalıların heyətində hələ də çox yüksək səviyyədə çıxış edən Lionel Messi var”, deyə Lineker vurğulayıb.

Qari Lineker dünya futbolunun iki ulduzu – argentinalı hücumçu Lionel Messi və portuqal hücumçu Kristiano Ronaldo arasında seçimini də açıqlayıb:

“Rəqabətlərini nəzərə alaraq, onların 20 il ərzində nail olduqları inanılmazdır. Mənim üçün tarixdə ən yaxşısı Lionel Messidir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: