Qranit Caka 3-cü dəfə ilin ən yaxşı futbolçusu seçildi

İsveçrə millisinin və Almaniyanın “Bayer” klubunun yarımmüdafiəçisi Qranit Caka ölkəsində 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasında ardıcıl 2-ci, ümumilikdə isə üçüncü dəfə bu mükafata layiq görülüb.

O, 2017 və 2022-ci illərdə də İsveçrənin ən yaxşı oyunçusu seçilmişdi.

Xatırladaq ki, Caka 2023-cü ilin yayından “Bayer”də oynayır. O, bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 24 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. London “Arsenal”ından 25 milyon avro qarşılığında transfer olunmuş Cakanın Almaniya klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Qranit Caka daha öncə “Arsenal”, “Borussiya” (Mönxenqladbax), “Bazel” kimi klubların da formasını geyinib.

Təcrübəli futbolçu kapitanı olduğu İsveçrə yığmasında 2011-ci ilin iyun ayında debüt edib. O, millidə 121 oyun keçirib, 14 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: