Qvardiola: “Ederson finalda oynamayacaq”

Mançester Siti”nin qapıçısı Ederson Moraes İngiltərə Kubokunun finalında “Mançester Yunayted”ə qarşı oyunda start heyətində yer almayacaq.

Arena.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.

“Siti”nin baş məşqçisi Xosep Qvardiolanın bu xüsusda sözlərni diqqətinizə çaydırırıq:

“Bəli, Stefan Orteqa finalda oynayacaq. Kubokda mən həmişə ikinci qapıçıya güvənmişəm, hətta “Barselona” və “Bayern”də də”.

Stefan Orteqa cari mövsümündə “Mançester Siti”nin heyətində 13 oyunda meydana çıxıb, 6 qol buraxıb. 9 oyunda isə qapsını toxunulmaz saxlamağı bacarıb.

Ederson isə cari mövsümdə meydana çıxdığı 47 oyunda 39 qol buraxıb, 18 “quru” matç keçirib.

Xatırladaq ki, “Mançester Siti” ilə “Mançester Yunayted” arasındakı final oyunu bu gün Londondakı “Uembli” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.