Futbol üzrə Braziliya millisinin və Madrid “Atletiko”sunun sol cinah müdafiəçisi Renan Lodi Marsel “Olimpik”inə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
25 yaşlı futbolçu Fransa klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. Marsel təmsilçisi bu keçidə görə İspaniya klubuna 13 milyon avro ödəyəcək. Braziliyalı futbolçu yeni klubunda 12 nömrəli formanı geyinəcək.
Renan Lodi 2019-cu ilin iyul ayından “Atletiko”nun formasını geyinirdi. Madrid təmsilçisi həmin vaxt onu Braziliyanın “Atletiko Paranaense” klubundan 21,75 milyon avroya transfer etmişdi. Müdafiəçi İspaniya klubunun forması ilə 118 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Lodi ötən mövsümü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib – 32 oyun, 1 qol, 1 məhsuldar ötürmə.
Renan Braziliya milli komandasında da 16 oyun keçirib.


