Rikardo Fernandes daha 2 il “Şamaxı”da!

Premyer Liqada mübarizə aparan “Şamaxı” klubu portuqaliyalı qapıçısı Rikardo Fernandes ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə əyakət klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı portuqaliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Onun bölgə təmsilçisi ilə olan əvvəlki sözləşməsi cari mövsümün sonuna qədər idi.

Xatırladaq ki, Fernandes bu mövsümün əvvəlindən “Şamaxı”nın uğurları üçün çalışır. O, bölgə təmsilçisinin heyətində bütövlükdə 29 oyuna çıxıb, 38 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Rikardo Fernandes daha öncə “Torreense”, “Akademiko Vizeu”, “Fafe”, “Santa Klara”, “Famalikan”, “Belenenseş” və “Elektriko” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: