Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının yarımfinalında Almaniya ilə oyundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 51 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Almaniya yığmasına qarşı oynamaqdan çətin heç nə yoxdur. Düşünürəm ki, almanların məşqçisi dəqiq fikirlər irəli sürərək əla iş görür ki, ixtiyari oyunçuları bunu yerinə yetirir, bu isə böyük gücdür. İkinci çətinliyimiz onunla bağlıdır ki, biz onların meydanında oynayacağıq. Bunun öhdəsindən gəlmək gərəkdir. Almaniya yığmasını çox yaxşı tanıyırıq. Bu, bizim üçün çətin bir çağırışdır. Rəqibimizə hörmət bəsləyirik, amma Danimarka yığması ilə cavab oyununda oynadığımız kimi oynamaq üçün güc-qüvvəmiz daxilində hər şeyi edəcəyik”, deyə Roberto Martines vurğulayıb.
Almaniya – Portuqaliya oyunu bu gün, iyunun 4-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


