Portuqaliya millisinin baş məşqçisi Roberto Martines UEFA Miilətlər Liqasının yarımfinalında Almaniya yığması üzərində qələbəni şərh edib.
Arena.az xatırladır ki, Portuqaliya yığması “Arena Münhen”də 2:1 hesablı əzmkar qələbə qazanıb.
Roberto Martines matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Almaniyada ilk qələbəmizi qazanmağımızla, biz bu qələbədən zövq almalıyıq. Taktiki cəhətdən biz özümüzü yaxşı göstərdik, komandamın fədakarlığı isə öz işini gördü. Birinci hissədə bizim hücumdakı oyunumuz yaxşılaşdı, bu, komanda qələbəsi idi. Biz qol buraxmağa layiq deyildik, mən qayda pozuntusunun niyə qeydə alınmadığını anlamıram. Bizə, qələbə qazanmaq xoş gəlir, hər bir oyun isə müstəsnadır. Almaniya yığması ilə oyun böyük əhəmiyyət kəsb edir. Dünya çempionatına 12 ay qalıb, biz isə hər oyunu hazırlıq kimi istifadə etməliyik”, – A Bola dərgisi 51 yaşlı ispan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Portuqaliya yığması son 25 ildə ilk dəfə olaraq Almaniya yığmasını məğlub edə bilib. Bu, həmçinin Portuqaliya yığmasının Almaniyada ilk qələbəsi olaraq əlamətdardır. Sonuncu dəfə Portuqaliya yığması “bundestim”i 2020-ci ilin Avropa Çempionatının “A” qrupunun 3-cü tur oyununda 3:0 hesabı ilə məğlub etmişdi.
UEFA Millətlər Liqasının finalına yüksəlmiş Portuqaliya yığması həlledici oyunda İspaniya – Fransa cütünün qalibi ilə qarşılaşacaq. Almaniya yığması isə 3-cü yer uğrunda mübarizədə həmin cütün məğlub komandası ilə qarşılaşacaq.


