Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Çexiya yığması ilə oyunu (2:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz asan oyunlar gözləmirik. Oyun sərt və qapıya hədəflənmiş ilhamlı Çexiya yığmasına qarşı keçdi. Amma onun bir dəqiq zərbəsi vardı və bu, hədəfinə çatdı. Bu, həm də xasiyyət sınağına çevrildi. Statistikaya baxın: 70% topa sahibolma, 13 künc zərbəsi… Yaxşı iş görülüb. Ancaq 0:1 hesabı ilə məğlub ikən əsəbiliyimizi cilovlamağa məcbur olduq və düşünürəm ki, bu gün inanılmaz xasiyyət nümayiş etdirdik. Bu, bizə çox kömək edəcək.
Biz qalib gəldik. Öhdəsindən yaxşı gəldiyimizin işin dəyərini bilməliyik. Biz özümüzü çox, çox yaxşı müdafiə etdik. Çexiya yığması heç bir künc zərbəsi vurmadığına və qapıya yalnız bir zərbə vurduğuna görə, biz bu gün gördüyümüz yaxşı işlərə əsaslana bilərik”, deyə Roberto Martines vurğulayıb.
1-ci turdan sonra Türkiyə və Portuqaliya yığmaları “F” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Çexiya və Gürcüstan yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


