Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün 1/4 finalında Fransa ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir ispan mütəxəssis komandasının bu oyuna hazırlığını qiymətləndirib:
“Komandamın keyfiyyətli, gözəl oynamasını və qollar vurmasını istəyirəm. Bəzi məqamlarda qeyri-kamilik, ona görə də həmişə zirvədə olmaq üçün onların üzərində çalışırıq. Portuqaliya yığması gözəl oynayanda daha da yaxşı oynayır. Komanda daha yaxşı oynadıqda isə, oyunlarda qalib gəlmək imkanı daha yüksək olur.
Buradakı oyunlar çox rəqabətlidir. İlk qolu vurmaq çətindir. Fikrimcə, biz çox risk edirik. Qol vurmaq üçün meydanın son üçdə birinə yol tapmaq gərəkdir, amma biz topa sahibik və mövqelərdə çoxlu oyunçularımız var. Çox şeyi yaxşı icra edirik və belə davam etməliyik, amma təkmilləşdirə biləcəklərimiz var.
Tənqid insanların komandamızı nə qədər izlədiyinin göstəricisidir. Mən bunu qəbul edirəm. Amma onu da bilirəm ki, bizim çox keyfiyyətli oyunçularımız və çox rəqabətli komandamız var. Mənim işim portuqaliyalı oyunçuların ən yaxşı surətdə çıxış etmələrini təmin etməkdir ki, mən bunu azarkeşlərə söz verirəm.
Millinin Avropa çempinatındakı oyunlarının gözlənilən təxmininə gəlincə, artıq hər kəs böyük komandaların necə oynadığını bilir. Əsas olanı – icra və oyunçuların istedadıdır. Düşünürəm ki, Portuqaliya yığması 1/4 finala hazırdır, bütün diqqətimizi cəmləmişik… Özümüzə tənqidi baxırıq və daim inkişaf etmək istəyirik. Amma hər şeyi oyundan oyuna dəyişməməliyik”, deyə Martines vurğulayıb.
İspan mütəxəssis yığmanın kapitanı Kristiano Ronaldo haqda haqda da fikirlərini ifadə edib:
“Hər şeyi qazanmış və millinin heyətində çıxışları və qolları baxımından çoxlu sayda rekordları qırmış birini görmək vacibdir. Onun gətirdiyi təravət təəccüblüdür. O, hər gün qalib gəlmək istəyən, hər gün yarışmaq istəyən bir kəsin nümunəsidir. Öz işinə sadiq fədakar oyunçunuz olduqda, onun keçmişdə etdiklərini unudun – bu, bir imtiyazdır”, deyə Martines bildirib.
Portuqaliya – Fransa oyunu bu gün Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


