Roberto Martines Şotlandiya ilə heç-heçəni şərh etdi

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Şotlandiya yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində ötən gecə Şotlandiya yığmasına qarşı keçirdiyi oyundan qolsuz heç-heçə ilə ayrılıb – 0:0.

İspan mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında heç-heçəyə belə şərh verib:

“Rəqib də fəallıq nümayiş etdirdi, amma 60-cı dəqiqədən sonra alçaq qəliblərlə müdafiəyə diqqətini cəmlədi. Əsas odur ki, müdafiə üçün güc-qüvvəmiz vardı. Bu kimi oyunlarda təhlükə odur ki, vəziyyətə nəzarəti hiss edəsən, amma sonra qəfildən özünü tələyə salıb əks-hücum buraxasan… Qarşılaşmanı qol buraxmadan başa vurduq, oyuna da nəzarət etdik, amma oyunda dəqiqlik, son zərbə və cərimə meydançasındakı yaradıcılıq əskik idi”, deyə Roberto Martines vurğulayıb.

4 turdan sonra Portuqaliya yığması 10 xalla UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun yarış cədvəlinə başçılıq edir. Digər komandalar isə belə sıralanıblar: Xorvatiya (7 xal), Polşa (4 xal), Şotlandiya (1 xal).

Xəbəri sosial şəbəkələrdə paylaş: