Ronaldo: “Mən həmişə qısa müddət haqqında düşünürəm”

Portuqaliya yığmasının və “Əl-Nəsr”in superulduzu Kristiano Ronaldo gələcək karyerası ilə bağlı planlarından danışıb.

Arena.az xəbər verir ki, o, yığma komandanın baş məşqçisi, ispan mütəxəssis Roberto Martinesin əməyini də qiymətləndirib:

“Mən gələcək haqqında düşünmürəm, qısa müddətli düşünürəm və həmişə bu anın həzzini almağa çalışıram.

Yığma komanda üçün oynamağı xoşlayıram. Seçmə mərhələ boyu yaxşı oynadıq və AÇ-2024-ün final mərhələsinə vəsiqə qazandıq, çünki bizim əla komandamız və Roberto Martines kimi əla məşqçimiz var”, deyə Ronaldo bildirib.

Xatırladaq ki, oktyabrın 13-də Portuqaliya yığması AÇ-2024-ün seçmə mərhələsinin J qrupunun 7-ci turu çərçivəsində Slovakiya yığmasını qəbul edib. Roberto Martinesin yetirmələri 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionatının final mərhələsinə vəsiqəni erkən təmin ediblər. Kristiano vacib oyunda dubla imza ataraq komandasının qələbəsinə töhfə verib.

7 turdan sonra 21 xalı toplamış Portuqaliya yığması “J” qrupunun vahid lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: