“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldo bildirib ki, ölkəsinin rənglərini bacarqıca uzun müddət qoruyacaq.
Arena.az məlumat verir ki, “Kriş” bu barədə UEFA Millətlər Liqasının 1/4 finalının Danimarka yığması ilə cavab oyununa həsr edilmiş mətbuat toplantısında bildirib:
“Mən Portuqaliyanın rənglərini ölənə qədər qoruyacağam. Ona görə də mən bu oyunda qol vura bilməsəm, amma komandam qələbə qazansa, onda mən evə xoşbəxt qayıdacağm, axı futbol – mənim həyatımdır”, deyə 40 yaşlı hücumçu vurğulayıb.
Əlavə edək ki, Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 218 oyuna 135 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Xatırladaq ki, Portuqaliya – Danimarka oyunu bu gün, martın 23-də Lissabonda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Komandalar arasında Kopenhagendə keçirilmiş ilk oyunda Danimarka yığması 1:0 hesablı qələbə qazanıb.


