Rövşən Nəcəf və Sərxan Hacıyev UEFA-nın tədbirində

AFFA prezidenti Rövşən Nəcəf və qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev Fransanın Kann şəhərində səfərdə olublar.

Arena.az xəbər verir ki, sözügedən şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində toplantı keçirilib.

Tədbirdə Rövşən Nəcəf və Sərxan Hacıyev də iştirak ediblər.

Tədbir çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: