“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava

Türkiyənin Bolu şəhərində “Səbail” ilə “Sakaryaspor” arasında keçirilmiş yoxlama oyununda kütləvi dava baş verib.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

1:1 hesabı ilə başa çatmış matçın sonlarında tərəflər arasında gərginlik yaranıb. Əvvəlcə üç futbolçunun iştirak etdiyi mübahisə daha sonra kütləvi davaya çevrilib. Hətta hadisəyə polis müdaxilə etmək məcburiyyətində qalıb.

Türkiyənin “Medyabar” saytının iddiasına görə, hadisəyə “Səbail” futbolçusunun sərt müdaxiləsi səbəb olub. Tərəflər arasında fiziki qarşıdurma ilə yanaşı, sözlü mübahisə də yaşanıb.

Qeyd edək ki, “dənizçilər” Azərbaycan Birinci Liqasında mübarizə aparırlar. Sözügedən komandanı Birinci Liqanın 2026/2027-ci illər mövsümünün ilk turunda “Xankəndi” ilə səfər oyunu gözləyir.

“Sakaryaspor” isə Türkiyənin İkinci Liqasında mübarizə aparır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: