Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın “Səbail” komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda yerli “Sakaryaspor” kollektivi ilə üz-üzə gəlib.
Tərəflər bu oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma heç-heçə başa çatıb – 1:1. Bakı təmsilçisinin yeganə qolunu 54-cü dəqiqədə yeni transferlərdən olan Felipe Hulk vurub.
Xatırladaq ki, “Səbail” daha əvvəl Şimali Kipr Respublikasının TOL komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
Elnur Abdullayevin rəhbərlik etdiyi “dənizçilər” Azərbaycan Birinci Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda “Xankəndi” ilə üz-üzə gələcəklər. Qarşılaşmanın sentyabrın 3-də keçirilməsi nəzərdə tutulub. Paytaxt klubu ilk turu səfərdə keçirəcək.


