“Şəmkir” – “Kür-Araz” matçının stadionu dəyişdirildi

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/25 mövsümünün 21-ci turunun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.

Buna görə sözügedən matç Tovuz şəhər stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: