Sənan Ağalarov “Səbail”də!

“Qəbələ”nin yetirməsi, Azərbaycanın U-19 millisinin sabiq hücumçusu Sənan Ağalarov bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 21 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Sənan Ağalarov “Qəbələ” Futbol Akademiyasında yetişib. O, bu klubda olarkən “Araz-Naxçıvan”, “Baku Sportinq” və “Şahdağ Qusar”a icarəyə verilib. Mərkəz hücumçusu olan gənc futbolçu vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarında da çıxış edib.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümünün yekununda Azərbaycan Premyer Liqasına qayıda bilməyən “Səbail” qarşıdakı mövsümdə də Birinci Liqada çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: