“Sabah” “Koper”ə qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sözügedən ölkədəki hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli “Koper” komandası ilə qarşılaşıb.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.

Qeyd edək ki, Sloveniyanın yüksək liqasında çıxış edən “Koper” ötən mövsümü 5-ci pillədə tamamlayıb.

“Sabah” Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi iyulun 18-də Bakıya qayıdacaq.

“Sabah” bu oyuna aşağıdakı heyətlə çıxıb: Nicat Mehbalıyev, Sofian Çakla, Con İrasabal, Ayaz Quliyev, Şakir Seyidov, Abdulla Rzayev, Abdulla Xaybulayev, İldar Ələkbərov, Xəyal Əliyev, İshak Belfodil.
Ehtiyat oyunçular: Yusif İmanov, Amin Seydiyev, Elvin Camalov, İvan Lepinitsa, Tellur Mütəllimov, Camal Cəfərov, Namiq Ələsgərov, Jesse Sekidika, Kahim Parris, Rəhman Daşdəmirov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: