Azərbaycanı bu yay Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah” yeni mövsümə hazırlıq üçün bu gün Sloveniyaya yola düşüb.
Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Çatej-ob-Savi qəsəbəsində məskunlaşan komanda burada 4 yoxlama oyunu keçirəcək.
“Bayquşlar” iyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq. Komanda iyulun 18-də Bakıya qayıdacaq.
Xatırladaq ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda növbəti mövsümün hazırlığına iyunun 20-də Masazırda başlayıb. Paytaxt təmsilçisi iyunun 24-dən 29-na qədər də Qəbələdə hazırlıq keçib.
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Rəqib İsrailin ən güclü komandalarından olan Hayfa “Makkabi”sidir. Azərbaycan klubu bu rəqiblə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.


