“Sabah” üçün 200-cü oyun və 50-ci heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 24-cü turu “Sabah” üçün ikiqat əlamətdar olub.

Arena.az xəbər verir ki, Bakı klubu ölkə çempionatında 200-cü oyununa çıxıb.

Paytaxt təmsilçisi həm də 50-ci heç-heçəsini edib. Sözügedən komanda “Qarabağ”la 1:1 hesablı bərabərliyə nail olub. Paytaxt təmsilçisi 27 dəfə evdə, 23 dəfə səfərdə 1 xal qazanıb. “Bayquşlar” digər qarşılaşmalarda 80 qələbə qazanıblar, 70 dəfə məğlub olublar.

Xatırladaq ki, ilk görüşünü 2018-ci il avqustun 12-də “Şamaxı”ya qarşı keçirən (1:0) “Sabah” ilk heç-heçəsinə sentyabrın 22-də “Səbail”lə matçda nail olub – 0:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: