“Sabah”ın hücumçusu Avropada 5-ci het-trikin müəllifi oldu

Azərbaycanı Avropa Liqasında təmsil etmiş “Sabah”ın birinci təsnifat mərhələsində “Çelye” ilə cavab görüşü het-triklə əlamətdar olub.

Arena.az xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels Sloveniyada keçirilmiş bu oyunda meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

2000/01 mövsümü, Çempionlar Liqası
Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2014/15 mövsümü, Avropa Liqası
Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/16 mövsümü, Avropa Liqası
Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2024/25 mövsümü, Çempionlar Liqası
Olavio Juninyo – 30.07.2024. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) – 5:0

2025/26 mövsümü, Avropa Liqası
Coy Lens Mikels – 17.07.2025. “Şelye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb. Paytaxt klubu Konfrans Liqasında mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: