Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış “Şamaxı”da yeni baş məşqçi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 42 yaşlı mütəxəssisə Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayav, Vüsal Qarayev və qapıçılar üzrə məşqçi Kamil Qafarov yardım edəcəklər.
Xatırladaq ki, “Şamaxı” Ayxan Abbasovla ötən gün bir illik müqavilə imzalandığını açıqlamışdı. Onun köməkçiləri də bir illik müqaviləyə imza atıblar.


