Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin “Şəmkir”lə oyunu “Şamaxı” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Şamaxının eyniadlı təmsilçisi Azərbaycan Kubokunda 100-cü ev qoluna imza atıb.
6:1 hesablı ev qələbəsi qazanan Premyer Liqa klubunun 5-ci topu tarixə 100-cü qol kimi düşüb. Bu topun müəllifi Fəxri Məmmədli olub.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub öz meydanındakı 53-cü qaşılaşmada qol sayını 101-ə də çatdırıb.
Qeyd edək ki, “Şamaxı” Azərbaycan Kubokundakı ev görüşlərində 100 və daha çox qol vuran 5-ci komandadır. Buna qədər “Qarabağ”, “Neftçi”, “Bakı” və “Kəpəz” də bu rəqəmi geridə qoyub.


