Santyaqo Bueno və Enso Qonsales “Vulverhempton”da

“Vulverhempton” heyətini dörd yeni futbolçu – Jan-Rikner Belqard, Santyaqo Bueno, Enso QonsalesTommi Doyl ilə gücləndirib.

Arena.az xəbər verir ki, Tommi Doyl “Mançester Siti”dən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Belqard 15 milyon avroya “Strasburq”dan, Bueno 12 milyon avroya “Jirona”dan, Qonsales isə 6 milyon avroya “Libertad”dan transfer olunub. Enso Premyer Liqa təmsilçisi ilə 6, Jan-Riknerlə Santyaqo isə 5 illik müqaviləyə imza atıblar.

Uruqvay yığmasının da üzvü olan Santyaqo Bueno 2019-cu ildən “Jirona”da çıxış edirdi. “Barselona”nın yetirməsi olan 24 yaşlı mərkəz müdafiəçisi “Peralada” klubunun da formasını geyinib, ölkəsinin yığmasında 2 matça çıxıb.

Enso Qonsales “Libertad”ın öz yetirməsidir. Paraqvaydan olan 18 yaşlı futbolçu sol cinah vingeridir.

Jan-Rikner Belqard peşəkar karyerasına “Lans”da başlayıb. 25 yaşlı mərkəz yarımmüdafiəçisi 2019-cu ildən “Strasburq”da çıxış edirdi. Fransız futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Tommi Doyl da mərkəz yarımmüdafiəçisidir. “Mançester Siti”nin yetirməsi olan 21 yaşlı ingilis futbolçu daha öncə “Hamburq”, “Şeffild Yunayted” və “Kardiff Siti”də də icarədə olub.

“Vulverhempton” altı futbolçusu ilə də yollarını ayırıb. Portuqaliyadan olan sol cinah vingerləri Daniel Podense (27 yaş) “Olimpiakos”a, Qonsalo Qedeş (26 yaş) “Benfika”ya, Çikinyo da “Famalikan”a icarəyə verilib. Uelsli yarımmüdafiəçi Çem Kempbell (20 yaş) “Çarlton”, Macarıstandan olan sağ cinah müdafiəçisi Bendequz Bolla (23 yaş) isə “Servett” tərəfindən icarəyə götürülüb.

Joao Moutinyo isə “Vulverhempton”dan birdəfəlik ayrılıb. O, azad agent kimi “Braqa”ya keçib. 36 yaşlı futbolçu Portuqaliya klubu ilə 1 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: