Sautqeyt Bosniya və Herseqovina üzərində qələbədən danışdı

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu haqda şərh verib.

Arena.az xatırladır ki, iyunun 3-də İngiltərə yığması Bosniya və Herseqovina yığmasını 3:0 hesabı ilə məğlub edib.

“Bu, bəzi kombinasiyaları müşahidə etmək, müxtəlif mövqelərdə olan oyunçuları görmək fürsəti idi”, – İngiltə yığmasının rəsmi “X” sosial şəbəkə hesabı ingilis mütəxəssisdən sitat gətirir.

İngiltərə yığması növbəti oyununu İslandiya yığmasına qarşı keçirəcək. Oyun iyunun 7-də Londonun “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq Avropa çempionatında İngiltərə yığması Sloveniya, Danimarka və Serbiya komandaları ilə “C” qrupunda mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: