Argentina yığmasının baş məşqçisi Lionel Skaloni dünya futbol tarixinin rəmzi yığma komandasını tərtib edib.
Arena.az jurnalist Siro Lopesə istinadən, argentinalı mütəxəssisin müvafiq seçimini təqdim edir:
“Mən Xavi Ernandes və Andres İnyestanı yarımmüdafiəçilər olaraq seçərdim, Lionel Messi isə sağ hücumçu mövqeyində. Qapıda Canluici Buffon oynayar. Kafu, Paolo Maldini, Naybet və Alessandro Nesta – müdafiədə. Həmçinin meydanın mərkəzində Mauro Silva yer alacaq. Hücumda isə Kristiano Ronaldo və Ronaldo (braziliyalı “Müəmma” – redaktorun qeydi) oynayacaqlar”, deyə Skaloni seçimini təqdim edib.
Xatırladaq ki, 46 yaşlı Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasını çalışdırır. Argentinalı mütəxəssisin “albiseleste” ilə müqaviləsinin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Skaloninin rəhbərliyi altına Argentina yğması 85 oyun keçirib, 64 qələbə, 13 heç-heçə, 8 məğlubiyyət yaşayıb. Tof fərqi isə 187:55 nisbətindədir.
Skaloni Argentina yığmasına 2022-ci il dünya çempionatını, 2021-ci və 2024-cü illər Amerika Kubokunu, həmçinin Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununu qazandırıb.


