Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/16 final mərhələsində Kabo Verde millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlmiş Argentina yığması Misir millisinə rəqib olub.
Skaloni mundialın pley-off mərhələsində asan qarşılaşmanın olmadığını vurğulayaraq komandasının xarakter nümayiş etdirdiyini bildirib:
“Matç inanılmaz dərəcədə çətin keçdi. Həmişə müsbət məqamlar tapmaq lazımdır. Bizim komandamız heç vaxt təslim olmur.
Rəqibimizi təbrik etmək istəyirəm. Onlar bu gün böyük komanda olduqlarını göstərdilər. Dünya çempionatında asan oyun olmadığını deyirlərsə, bu, tamamilə doğrudur”.
Kabo Verde millisinin baş məşqçisi Bubişta isə məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından qürur duyduğunu bildirib:
“Biz ölkəmizi layiqincə təmsil etdik. Dünya çempionları ilə iki dəfə hesabı bərabərləşdirdik, oyunu əlavə vaxta qədər apardıq. Ən çox fəxr etdiyimiz məqam futbolçularımızın göstərdiyi əzmkarlıqdır. Biz öz futbol kimliyimizi nümayiş etdirdik”.
Qeyd edək ki, Argentina – Kabo-Verde qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda vurulan qollar sayəsində Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Dünya çempionu növbəti mərhələdə Misir millisi ilə qarşılaşacaq. Kabo Verde isə tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlməklə ölkə futbolu üçün ən böyük uğurlardan birinə imza atıb.


