Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 10-cu turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”lə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Beləliklə, 10 turdan sonra maksimum nəticə ilə irəliləyən “Fənərbaxça” 30 xalla zirvədə qərarlaşıb. 28 xala malik “Qalatasaray” ikinci, 20 xalı olan “Adana Dəmirspor” üçüncüdür. “Beşiktaş”ın 19, “Kasımpaşa”nın 18, “Trabzonspor” və “Kayserispor”un 16, “Hatayspor” və “Rizəspor”un 14, “Sivasspor”un 13, “Ankaragücü” və “Antalyaspor”un 12, “Fatih Karagümrük” və “Alanyaspor”un 10, “Konyaspor” və “Qaziantep”in 9, “Başakşəhər”in 8, “Pendikspor”un 7, “İstanbulspor”un 5, sonuncu olan “Samsunspor” isə 2 xalı var.
Türkiyə, Super Liqa
10-cu tur
27 oktyabr
Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.
Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.
28 oktyabr
Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.
Adana Dəmirspor – Konyaspor 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.
Rizəspor – Qalatasaray 0:1
Qol: S.Oliveyra, 68.
29 oktyabr
Fatih Karagümrük – Trabzonspor 0:0
Ankaragücü – Samsunspor 2:0
Qollar: E.Bekiroğlu, 71. Sove, 75.
Antalyaspor – Başakşəhər 1:0
Qol: Sariç, 16.
Pendikspor – Fənərbaxça 0:5
Qollar: E.Canpolat, 30-öz qapısına. İ.C.Kahveci, 42. Dzeko, 65; 77.
30 oktyabr
Beşiktaş – Qaziantep 2:0
Qollar: S.Uçan, 63. C.Tosun, 75.


