Super Liqa: “Fənərbaxça” “Pendikspor”a da 5 qol vurdu – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Fatih Karagümrük” – “Trabzonspor” matçında qapılara qol vurulmayıb.

“Ankaragücü” doğma meydanda “Samsunspor”u 2 cavabsız qolla məğlub edib. “Antalyaspor” da “Başakşəhər”lə ev oyunundan qələbə ilə ayrılıb.

Səfərdə “Pendikspor”la qarşılaşan “Fənərbaxça” isə bu dəfə 5 cavabsız qolla qalib gəlib. İstanbul təmsilçisinin qələbə seriyası davam edir.

Tura sabah keçiriləcək “Beşiktaş” – “Qaziantep” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
10-cu tur
27 oktyabr

Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.

Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.

28 oktyabr

Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.

Adana Dəmirspor – Konyaspor 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.

Rizəspor – Qalatasaray 0:1
Qol: S.Oliveyra, 68.

29 oktyabr

Fatih Karagümrük – Trabzonspor 0:0

Ankaragücü – Samsunspor 2:0
Qollar: E.Bekiroğlu, 71. Sove, 75.

Antalyaspor – Başakşəhər 1:0
Qol: Sariç, 16.

Pendikspor – Fənərbaxça 0:5
Qollar: E.Canpolat, 30-öz qapısına. İ.C.Kahveci, 42. Dzeko, 65; 77.

30 oktyabr

21:00. Beşiktaş – Qaziantep

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: