Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Alanyaspor” – “Sivasspor” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. “Adana Dəmirspor” doğma meydanda “Konyaspor”a 3 cavabsız qolla qalib gəliblər. Adana təmsilçisində çıxış edən Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunda sonadək ehtiyatda qalıb.
Səfərdə “Rizəspor”la qarşılaşan “Qalatasaray” isə 3 xalı tək qolla qazanıb.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
27 oktyabr
Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.
Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.
28 oktyabr
Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.
Adana Dəmirspor – Konyaspor 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.
Rizəspor – Qalatasaray 0:1
Qol: S.Oliveyra, 68.
29 oktyabr
17:00. Fatih Karagümrük – Trabzonspor
20:00. Ankaragücü – Samsunspor
20:00. Antalyaspor – Başakşəhər
20:00. Pendikspor – Fənərbaxça
30 oktyabr
21:00. Beşiktaş – Qaziantep


