Tomas Tuxel: “Özümü yenidən göstərməliyəm”

Tomas Tuxel baş məşqçisi olduğu İngiltərə yığması ilə müqavilə müddətinin uzadılmasının mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az 52 yaşlı alman mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Hazırda müqaviləni yeniləyəcək bir əsasımız yoxdu. İşlərimizin necə getdiyindən çox razıyam, düşünürəm ki, həmçinin İngiltərə Futbol Assosiasiyası (The FA) da çox məmnundur. Amma bu, cari vəziyyətə aiddir. Özümü yenidən göstərməliyəm, qalanı düzələndir. Bu, üstünlük verdiyim xüsusdur. Müqaviləmlə bağlı çox düşünmüşəm, amma hər şeyi götür-qoy etməyə vaxtımız var”, deyə Tuxel vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin yanvarında İngiltərə yığmasının “sükanı arxası”na təyin edilmiş Tuxelin “üç şir”lə cari müqaviləsinin müddəti 2026-cı ilin dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Tomas Tuxel İngiltərə yığmasını indiyə qədər 9 oyuna çıxarıb, 8 qələbə qarşılığında cəmi 1 məğlubiyyət görüb. Top fərqi də diqqət çəkir – 24:3.

Tuxel İngiltərə yığmasından əvvəl “Bayern”, “Çelsi”, PSJ, “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: