Transfermarkt: İngiltərə yığması ən bahalı milli komandadır

“Transfermarkt” internet-portalı milli yığma komandalar arasında ən bahalı komandaların siyahısını dərc edib.

Arena.az məlumat verir ki, ilk onluğa İngiltərə millisi yığma komandası başçılıq edir. İngiltərə yığmasının heyətinin ümumi dəyəri 1,29 milyard avro məbləğində qiymətləndirilir. 2-ci yerdə Fransa yığması yer alıb, “xoruzlar”ın qiyməti 1,14 milyard avro məbləğindədir. 3-cü sırada yer almış Braziliya milli komandasının heyəti isə 1,04 milyard avro məbləğində qiymətləndirilir.

Ən bahalı milli yığma komandaların siyahısını təqdim edirik:

  1. İngiltərə yığması (1,29 milyard avro);
  2. Fransa yığması (1,14 milyard avro);
  3. Braziliya millisi (1,04 milyard avro);
  4. Portuqaliya yığması (932 milyon avro);
  5. İspaniya yığması (814 milyon avro);
  6. Argentina yığması (789 milyon avro);
  7. Almaniya yığması (700 milyon avro);
    8 İtaliya yığması (611 milyon avro);
  8. Hollandiya yığması (575 milyon avro);
  9. Belçika yığması (494 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: