“Turan Tovuz” – “Neftçi” 1:1 – Video

Azərbaycan Premyer Liqasının 24-cü turunun bu gün baş tutan “Turan Tovuz” – “Neftçi” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 fevral

“Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Fərid Nəbiyev, 89 – Yeqor Boqomolski, 72.
Sarı vərəqələr: Ayxan Quseynov, 35 (qeyri-idman hərəkəti). Faiq Hacıyev, 72 (qeyri-idman hərəkəti). Şəhriyar Əliyev, 89 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 54 (qeyri-idman hərəkəti). Yeqor Boqomolski, 80 (qeyri-idman hərəkəti). Azər Salahlı, 90+4 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Ayxan Abbasov, oyundan sonra (qeyri-idman hərəkəti) – Miodraq Bojoviç, oyundan sonra (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 15:00. Tovuz şəhər stadionu, 4500 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev (2. İsmayıl Zülfüqarlı, 77), 99. Veysəl Rzayev (8. Fərid Yusifli, 55), 5. Roderik Miller, 23. Alexandro Serrano (77. Fərid Nəbiyev, 77), 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con (9. Belaydi Pusi, 69), 11. Ayxan Hüseynov (10. Xəyal Nəcəfov, 69), 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 15. Emmanuel Hakman.
Baş məşqçi: Ayxan Abbasov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev (14. Eddi İsrafilov, 67), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte (77. Yeqor Boqomolski, 67).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes.
Baş məşqçi: Miodraq Bojoviç.