16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyədə keçiriləcək “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Sözügedən turnir sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Ərzurum şəhərində baş tutacaq.
Turnirdə U-16 millimiz Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq.
Millimiz Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
- Nurəziz Əzizov – Neftçi
- Murad Muradov – Zirə
- Tunar Mehdiyev – Sumqayıt
- Kəmaləddin Cəfərli – Qarabağ
- Polad Hüseynov – Qarabağ
- Amin Rzayev – Qarabağ
- Rəşad Gülüşov – Vətən
- Toğrul Mehdizadə – Vətən
- Kamal Mustafazadə – Vətən
- Məhəmməd Mədətov – Vətən
- Məhəmməd Qafarov – Neftçi
- Səid Nuriyev – Qarabağ
- Emil Məmmədov – Vətən
- Allahverdi Şirinov – Qəbələ
- Eldar Abbasov – Qarabağ
- Nihat Şirinzadə – Vətən
- Əli İsrafilov – Sumqayıt
- Renat Muştakov – Vətən
- Samir Şərifov – Vətən
- Hüseyn Bayramov – Qarabağ
- Murad İbrahimli – Qarabağ
- Nicat Kərimov – Vətən
- Kamal Zülfüyev – Sumqayıt


