“Udineze” “Arsenal”ın futbolçusunu icarəyə götürdü

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Pablo Marini heyətinə qatıb.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. İspan müdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. 28 yaşlı futbolçu yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Pablo Mari 2020-ci ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm London təmsilçisinin heyətində cəmi 3 oyuna çıxıb. Mərkəz müdafiəçisi olan Mari, daha öncə “Malyorka”, “Ximnastik”, “Mançester Siti”, “Jirona”, “NAK Breda”, “Deportivo” və “Flamenqo”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: