Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, Almaniyada təşkil olunmuş raundun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Almaniya yığması Portuqaliya millisi ilə üz-üzə gəlib. Münhendəki “Alyans Arena”da baş tutmuş oyunda hesabı almanlar açıblar. Amma matçın ikinci hissəsində ardıcıl iki qol vurmuş Portuqaliya millisi əzmkar qələbə sayəsində ilk finalçıya çevrilib.
Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.
UEFA Millətlər Liqası
4 iyun
Almaniya – Portuqaliya 1:2
Qollar: Florian Virts, 49 – Fransisko Konseysao, 63. Kristiano Ronaldo, 67.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, “Alyans Arena”.


