Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Ülvi Əliyev “B” kateqoriyalı hakim statusu alıb.
Arena.az xəbər verir ki, İspaniyada Avropa Cüdo Birliyi (EJU) tərəfindən hakimlər üçün “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Malaqa şəhərində baş tutan imtahanda Ülvi Əliyev də iştirak edib.
İlkin olaraq hakimlər nəzəri hissəyə dair 60 sualdan ibarət imtahandan keçiblər. Daha sonra onlar 14-15 oktyabrda keçirilən böyüklər arasında Avropa Kubokunun görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Əliyev “B” kateqoriyalı beynəlxalq hakimlik lisenziyasını əldə edib.



