İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Villian ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2020-ci ilin avqustundan “Arsenal”da çıxış edən braziliyalı futbolçu London təmsilçisi ilə 37 oyuna çıxıb, 1 qola imza atıb. Braziliya millisinin üzvü daha öncə “Çelsi”, “Anji”, “Şaxtyor” (Donetsk) klublarının da formasını geyinib.
Villian karyerasını Braziliyanın “Korintians” klubunda davam etdirəcək. Qeyd edək ki, o, məhz bu klubun yetirməsidir. O, 2006-2007-ci illər aralığında sözügedən komandanın heyətində çıxış edib.


