Türkiyənin “Boluspor” klubunun formasını geyinən azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərli Azərbaycan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi martda “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək. Turnirin görüşləri Bakıda gerçəkləşəcək.
Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 7 matça çıxıb.
25 turdan sonra “Boluspor” 39 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, son olaraq 2020-ci ilin sonlarında milliyə çağırılıb.


