Vüsal İsgəndərli üçün 15 dəqiqə və ilk 3 xal – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 3-cü turu çərçivəsində baş tutan “Erokspor”la oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki ilk qələbəsidir. Futbolçumuzun komandası mövsümün ilk oyununda məğlubiyyətə üzülmüş, 2-ci turda isə heç-heçə ilə kifayətlənmişdi.

İsgəndərli bu oyunun 75-ci dəqiqəsində meydana buraxılıb. Komandası qələbə qolunu da məhz o meydana çıxandan sonra, 81-ci dəqiqədə vurub.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 17 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Boluspor” 3 turdan sonra 4 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: