“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzya Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.
Arena.az xəbər verir ki, həftənin rəmzi komandası “Sofa Score” tərəfindən hazırlanıb.
8 balla qiymətləndirilən Benzya “Bayer”ə qarşı matçda bir qolla yadda qalıb. O, bu matçda vurulmuş ilk qolun müəllifi olub. Bakıda baş tutmuş qarşılaşma heç-heçə bitib – 2:2.
Avroliqada həftənin rəmzi komandasında bu futbolçular yer alıblar:
Qapıçı: Noa Atubolu (“Frayburq”);
Müdafiəçilər: Evan Ndika (“Roma”), Şansel Mbemba-Manqulu (“Olimpik”, Marsel), Canluka Mançini (“Roma”);
Yarımmüdafiəçilər: Yassin Benzya (“Qarabağ”), Stefan Əl-Şaaravi (“Roma”), Aleksis Makallister (“Liverpul”), Anxel Di Mariya (“Benfika”);
Hücumçular: Pyer-Emerik Obameyanq (“Olimpik”, Marsel), Canluka Skamakka (“Atalanta”), Darvin Nunyes (“Liverpul”).


