Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, turun mərkəzi oyunu hesab olunan “Araz-Naxçıvan” – “Neftçi” matçını FİFA referiləri idarə edəcək.
7-ci turun bütün təyinatlarını təqdim edirik:
Yüksək Liqa
7-ci tur
11 noyabr
Araz-Naxçıvan – Neftçi
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hacıəli Ağayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:30.
Record – Yasamal Bakı
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 15:30.
U-19 – Baku Fire
Hakimlər: Anar Fərəcov, Elgün Hüseynov, İmran Məhərrəmov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”. Saat 17:30.


