Yurgen Klopp “Liverpul”la vida məclisində rəqs etdi – Video

“Liverpul”un məşqçilər qərargahı və futbolçuları “qırmızılar”ın artıq sabiq baş məşqçisi Yurgen Klopp üçün vida məclisi təşkil eidblər.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Alman mütəxəssislə vida məclisi “Liverpul”un Premyer Liqanın 38-ci turunda “Vulverhempton”la ev oyunundan (2:0) – Klopun “qırmızılar”ın sükanı arxasında son matçından sonra baş tutub.

Məclisin qızğın çağında Klopp rəqs meydançasına çıxaraq, “qırmızılar”ın və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Con Barnsın “üyütdüyü” rep sədaları altında rəqsə dalıb.

Xatırladaq ki, bu il yanvarın sonunda Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: