İtaliyanın “Milan” klubunun rəhbərliyinin baş müşaviri, isveçli mütəxəssis Zlatan İbrahimoviç artıq bir neçə gündür ki, yoxa çıxıb.
Arena.az bu barədə “Pianeta Milan” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Milan” beynəlxalq yaz fasiləsindən sonra Milanelloda bir araya gəlib, ancaq “İbra” orada olmayıb.
Müvafiq məqam düşkün italyan jurnalistlərə, İbrahimoviçin mövqeyinin “Milan”da etibarsız olduğu haqda ehitmallara qapılmağa əsas verib. Jurnalistlərə görə, “Milan”da işə başladığı vaxtdan bəri, “İbra” gərəkli quruluşa müvəffəq ola bilməyib, ancaq boşuna guruldamısı ilə diqqət çəkib. “Milan” sahilə atılmış balıq kimi çırpınmaqdadır, fəsadlar isə bitib-tükənmir. “Rossoneri” Çempionlar Liqasından kənarlaşdırılıb, üstəlik, növbəti mövsümə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, buna nail olacağı böyük sual altındadır.
İstisna deyil ki, tezliklə rəhbərlik Zlatan İbrahimoviçin “Milan”dakı rəsmi mövqeyi ilə bağlı qərar verəcək. Bu mənzərədə klub rəhbərliyi “rossoneri”nin portuqal baş məşqçisi Serjio Konseysao ilə cari mövsümün sonunda yollarını ayırmaq haqda düşünür. “İbra”ya da qapının göstərilməsi istisna deyil.
29 oyundan 47 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


