2024-cü il iyun ayının 8-də İsveç və Serbiya yığmalarının qarşılaşacağı yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Arena.az bu barədə İsveç Futbol Assosiasiyasının (SvFF) rəsmi saytına istinadən məlumat verir.
Bu oyun isveçli hücumçu Zlatan İbrahimoviçin yığma komanda ilə vida oyunu kimi əlamətdar olacaq. Komandalar İsveçin paytaxtı Stokholm şəhərindəki “Frends-Arena”da üz-üzə gələcəklər.
“İyunun 8-də kişilərdən ibarət yığma komanda Serbiya yığması ilə Yon Dal Tomassonun “mavi-sarı” komandası üçün vacib məşq oyununda qarşılaşacaq. İsveç hələ də yeni “mavi-sarı” eranın başlanğıcındadır və Serbiya yığması ilə qarşılaşma payızda keçiriləcək rəqabətli oyunlar ərəfəsində mühüm göstərici olacaq.
Bundan əlavə, Zlatan İbrahimoviçə hörmət əlaməti olaraq, birlikdə “Frends-Arena”nı dolduracağıq. Bu, qaçırmaq istəməyəcəyiniz güclü bir məqam olacaq”, – İsveç Futbol Assosiasiyasının rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, 42 yaşlı Zlatan İbrahimoviç İsveç yığmasının heyətində vurduğu qolların sayına görə yığma komandanın mütləq rekordçusudur.
Zlatan İbrahimoviçin 2001-ci ilin yanvar ayının 31-də debüt etdiyi İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə verib.
İbrahimoviç futbolçu karyerası 2023-cü ildə “Milan”da xitam verib.


