Zlatan İbrahimoviç: “Mənim dünyamda sən – sənin tanrınsan”

“Milan”ın idman və kommersiya məsələləri üzrə müşaviri, isveçli sabiq hücumçu Zlatan İbrahimoviç dinə münasibəti haqda söhbət açıb.

Arena.az isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən inanclı deyiləm. Mən hörmətə inanıram. Bu sözlər o deməkdir ki, yalnız mən özümü mühakimə edə bilərəm. Bir misal çəkim: qardaşım leykozdan öləndə. Tanrı ona kömək etmək üçün harada idi? Ona hər gün dua edirsən, hər gün təşəkkür edirsən, bəs bu anlarda o harada idi? Mənim dünyamda sən – sənin tanrınsan”, deyə “İbra” vurğulayıb.

Vurğulayaq ki, özünməxsus əcaibliyi ilə diqqət çəkən İbrahimoviçin gerçək siması ilə ictimai siması arasında təzad var. Məsələn, arada Zlatan elə, özünün tanrı olduğunu car çəkir, arada isə ziyadə kobudluğu ilə fərqlənir.

Zlatan İbrahimoviç oyunçu karyerasından xatirəsini də paylaşıb. “İbra” italyan mütəxəssis Fabio Kapello ilə münasibətindən danışıb:

“Yuventus”da Fabio Kapello varım idi. O, məni məhv edirdi. Amma eyni zamanda məni həm də təsis edirdi. O, sənə deyirdi: “Bu gün sən zibil idin. Sabah sən ən yaxşısı olacaqsan”. Və mən ən yaxşı olduğumu düşünəndə bu, məni öldürdü. Bir anda mən daha heç nə başa düşmədim və özümdən soruşdum: “Mən həqiqətənmi ən yaxşısıyam, yoxsa nəcisəm?” Bu, məni ən yaxşı olmağa həvəsləndirmək üsulu idi, bəli”, deyə “İbra” etiraf edib.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Ötən il “İbra” futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olan “Milan” rəhbərliyində işə düzəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: