“Milan”ın idman və kommersiya məsələləri üzrə müşaviri, isveçli sabiq hücumçu Zlatan İbrahimoviç məşqçi olmaq istəyi haqda sualı cavablayıb.
Arena.az “The Athletic” dərgisinə istinadla, İbrahimoviçin müvafiq müsahibəsini təqdim edir:
– Məşqçi olmaq istərdinizmi?
– Xeyr.
– Niyə olmasın?
– Çal saçlarımı görürsünüzmü (tamamilə qara saçlarını göstərir)? Məşqçi olaraq işlədikdən bir həftə sonra tamamilə çal saçlar görünür. Məşqçinin iş vaxtı gündə 12 saata qədərdir. Sizin asudə vaxtınız tamamilə yoxdur. Mənim rolum isə hər şeyi bir araya gətirməkdir; yuxarıdan bir aparıcı olmaqdan və strukturun və təşkilatın işlədiyinə əmin olmaqdan ibarətdir. Hamını ayaqda saxlamaqdan ibarətdir.
Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.
Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.
Ötən il “İbra” futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olan “Milan” rəhbərliyində işə düzəlib.


