Zlatan İbrahimoviç: “Seks vurulmuş qollardan əladır”

“Milan”ın sabiq hücumçusu, özünəməxsus ünsiyyət və davranış tərzi ilə səciyyəvi olan isveçli ulduz Zlatan İbrahimoviç öz kefindədir.

Arena.az “Sportface” dərgisinə istinadən məlumat verir ki, “İbra” bu dəfə seks və vurulmuş qollar arasında müqayisə aparıb:

“Seks daha yaxşıdır. Fərqli düşünən hər kəsin seks probelmi var və kömək üçün müraciət etməlidir”, deyə Zlatan car çəkib.

Vurğulayaq ki, müvafiq tərzdə çıxışlar İbrahimoviçin vizit vərəqəsidir. Bir müddət əvvəl tanrı olduğunu iddia etmiş “İbra”nın seks haqda sözləri sosial şəbəkələrdə xeyli baməzə şərhlərə tuş gəlib. Bir qrup azarkeş yarızarafat-yarıgerçək seks işində problemləri ilə əlaqədar olaraq “Tanrı İbra”nın qəbuluna nə vaxt və harada düşə biləcəkləri haqda İbrahimoviçə sual ünvanlayıblar. Azarkeşlərin bir qismi tanrının sekslə məşğul olmağa ehtiyacı olmadığı vurğulayaraq, “İbra”nın tanrılıq iddiası və seks işi arasında məntiqsizlik görüb. Bir qisim azarkeş isə “Tanrı İbra”nın tezliklə belə düşünməyə cəsarət edənlərə qəzəb edib, vəd etdiyi kimi oda bələyəcəyini qəhqəhə ilə qeyd ediblər.

Xatırladaq ki, Zlatan İbrahimoviç cari ilin yayında futbolçu karyerasına xitam verdiyini bəyan edib. 1999-cu ildə peşəkar futbolçu karyerasına başlamış “İbra” bu illər ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi”də çıxış edib. İbrahimoviç karyerası boyunca 701 oyuna çıxıb, 442 qol vurub, 205 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Zlatan çoxlu müxtəlif kuboklar və fərdi mükafatlar qazansa da, heç zaman UEFA Çempionlar Liqasını qalibi ola bilməyib.

İbrahimoviç İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub, 25 məhsuldar ötürmə verib.

Bu yaxınlarda İbrahimoviçin “Milan”a direktor kimi qayıdacağı haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: